Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, son Azərbaycan çempionu "Qarabağ" da növbəti matçına çıxıb. 
Ağdam təmsilçisi bu dəfə də çətin komanda ilə, həm də səfərdə üz-üzə gəlib. "Atlılar" rəqibi Fransanın köklü klublarından "Monako" olub.
J qrupunda bir məğlubiyyət, eyni sayda qələbə ilə yadda qalan və 2-ci pilləyə yerləşən Qurban Qurbanovun komandası bu dəfə də xal qazanmaq niyyətində idi. Lakin bu baş tutmadı və "atlılar" meydandan məyus ayrıldı – 0:1.
Avropa Liqası
Qrup mərhələsi, III tur
22 oktyabr
J qrupu
“Monako” (Fransa) – “Qarabağ” 1:0 
QOL: L. Traore, 70
Baş hakim: Yakob Kehlet
Baş hakimin köməkçiləri: Henrik Larsen, Heyn Sorensen (Danimarka)
Monako. “Lui II” stadionu
 
“Monako”: 1. Daniyel Subaşiç, 2. Fabinyo, 6. Rikardo Karvalyo, 13. Uollas, 24. Andrea Raci, 8. Joau Moutinyo, 10. Bernardu Silva, 27. Tomas Lemar, 28. Ceremi Tulalan (k), 19. Lasina Traore, 22. Stefen Əl-Şaaravi.
Ehtiyat oyunçular: 16. Paul Nardi, 21. Elderson, 47. Kevin N`Doram, 7. Nabil Dirar, 20. Mario Paşaliç, 11. Quido Karrilo, 17. İvan Kavalyero.
Baş məşqçi: Leonardo Jardim.

 
“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 10. Dani Kintana, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 67. Əl Hərbi Əl Jadeui, 90. Samuel Armenteros.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 8. Miçel, 11. Elvin Məmmədov, 70. Çumbinyo, 29. Raydel Pupon.
Baş məşqçi: Qurban Qurbanov.
 
 
1. Monako   3 1 2 0 3:2 5
    
2. Tottenhem   3 1 1 1 5:4 4
    
3. Anderlext   3 1 1 1 3:3 4
    
4. Qarabağ   3 1 0 2 2:4 3
Shares: