Premyer Liqanın IX turu çərçivəsində, oktyabrın 24-də səfərdə “Kəpəz”lə qarşılşacaq “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, dünən "ağ-yaşıllar"ın növbəti məşqi baş tutub. 
Stadionun ehtiyat meydançasında keçirilən “Xəzər Lənkəran”ın U 19- komandasının oyunu bitən kimi saat 17:00-da eyni məkanda əsas heyətin hazırlıq prossesi başlayıb. Məşdqə Rasim Ramaldanov iştirak etməyib. Təcrübəli müdafiəçi Bakıda müalicə alır. Zədəsini sağaltmaq üzrə olan Orxan Əliyev isə hələlik ancaq fərdi məşqlə kifayətlənir. Onu da əlavə edək ki, güclü yağış nə məşqin keyfiyyətli keçməsinə mane olub.
(12cioyuncu.info)
Shares: