İspaniya mətbuatı bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq “Qəbələ” – “Borussiya” matçı barədə yazıb. Futbolinfo.az həmin yazını qısa ixtisarla diqqətinizə çatdırır.
Çərşənbə günü Dortmund təmsilçisi uzaq səfərə çıxdı. Dayanacaq mətəqəsi – Bakı, Azərbaycandı. Uzaq məsafəni qət etməkdə məqsəd Azərbaycan “Qəbələ”si ülə üz-üzə gəlməkdi. Həmin “Qəbələ” ki, Avropa Liqasına 1-ci təsnifat mərhələsindən qruplara qədər irəliləməyi bacaran 2 klubdan biridi! Əlbəttə, Çempionlar Liqasının şirin himnini duya bilməyən Dortmund klubu üçün bu, zəif təsəllidi.
Avropa Liqasının qrup mərhələsi üçün 2000 tutumlu “Qəbələ”nin ev meydançası tələblərə cavab vermədiyi üçün komanda qarşılaşmalarını Bakıdakı 15 minlik “Bakcell Arena”da keçirir. Ancaq bu da Roman Qriqorçukun komandasının ev oyunlarında quru seriyasının qarşısını ala bilməyib. Komanda nə qol buraxıb, nə də məğlub olub. Cümə axşamı “sarı-qaralar” ən əməksevər və təşkilatlanmış rəqiblə qarşılaşacaqlar.
Qriqorçukun ixtiyarında 1 ulduz belə yoxdu. “Qəbələ”nin ümumi dəyəri 14 milyon avro təşkil edir. Bu, Dortmund klubunun dəyərindən 22 dəfə azdı (308 milyon avro). Azərbaycan klubununu büdcəsi 2-ci Bundesliqa klubları ilə müqayisə oluna bilər.
Amma bu, “Qəbələ”yə Azərbaycan çempionatında 2-ci yerdə qərarlaşmasına mane olmur. Elə Avroliqada da komanda “dişləri”ni göstərib: PAOK-la qolsuz bərabərlik və Krasnodarda minimal hesablı məğlubiyyət – 1:2. “Borussiya” Bakıda təşkilatlanmış, ağıllı rəqiblə qarşılaşacaq. Azərbaycanlılar savadlı müdafiə qurmağı, sürətli əks-hücumlar təşkil etməyi bacarırlar.
Bakıya gələn 500 dortmundlu fanatı uzaq səfəri yollnadıqlarının peşmançılığını çəkməyəcəklər. Elə oyunu evlərindən, televizorun qarşısında izləyən alman futbolsevərlər də bu görüşdən Bundesliqa matçlarından az zövq amayacaqlar.
Shares: