“Zirə” aparıcı futbolçusu Viktor İqbekoyinin xidmətindən məhrum olub. Futbolinfo.az saytının məlumatına görə, Syerra Leone millisinin sabiq üzvü cəzalı durumdadır.
Odur ki, Viktor “Neftçi”yə qarşı oynaya bilməz.
Qeyd edək ki, hazırda “Zirə”nin əsas heyət üzvü olan Viktor Azərbaycanda ən uzun müddət oynayan legionerlərdən biridir.