Azərbaycan milli komandasının sabiq üzvü və vitse-kapitanı Mahir Şükürovun klubsuz günləri davam edir. Türkiyədən qayıtdıqdan sonra Azərbaycanda klub tapa bilməyən Şükürov əslində vaxtilə etdiklərinin qarşılığını görmüş oldu. 
Yaxşı vaxtlarında hər klubun qapısını birdəfəlik çırpan Mahirin çətin vaxtlarında Azərbaycanda klub tapa bilməməsi də çox normal qarşılanmalıdır.
Futbolinfo.az saytının məlumatına görə, Şükürov klub problemini qışda həll edə bilər. Məsələ burasındadır ki, təcrübəli müdafiəçi vaxtilə çıxış etdiyi Türkiyə PTT 1-ci Liqasına qayıtmağa çox yaxındır. Mahir yaxınlarına bildirib ki, artıq bu yöndə danışıqlar gedir və məsələ həll olunmaq üzrədir.
Shares: