Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində “Xəzər Lənkəran” “Kəpəz”in qonağı olacaq. Futbolinfo.az xəbər verir ki, cənublular bu matçın hazırlıqlarını davam etdirir.
Komanda bu gün 17:00-da Lənkəranda məşqə çıxacaq. “Ağ-yaşıllar” sabah bazada oyun öncəsi som məşqini etdikdən sonra Gəncəyə yola düşəcək. Qasığında problemlər olan və hazırda Bakıda müakicə alan cənubluların müdafiəçisi Rasim Ramaldanovun bu görüşdə iştirak etməyəcəyi dəqiqdi. Belə ki, müdafiəçi hazırda Bakıdadı və müalicəsini davam etdirir. Digər zədəli Orxan Əliyevin isə meydana çıxıb-çıxmayacağı oyun saatında bilinəcək.
Qeyd edək ki, “Kəpəz” – “Xəzər Lənkəran” qarşılaşması ayın 24-ü, saat 15:00-da Gəncə şəhər stadionunda start götürəcək.