AFFA-nın inzibati binasında Robert Prosineçki Məşqçilər Şurasının üzvləri və Premyer Liqa klublarının baş məşqçilərinin iştirakı ilə görüş keçirirləcək. Bu barədə futbolinfo.az saytına Məşqçilər Şurasının sədri Vaqif Sadıqov məlumat verib.
Təcrübəli nütəxəssis görüşün məramı və tarixi barədə bunları söylədi: “Bir qədər öncə millinin çalışırıcısı Robert Prosineçki ilə görüşümüz oldu. İclasda cari məsələləri müzakirə etməklə yanaşı, qərara aldıq ki, klubların baş məşqçiləri ilə də görüşək. Bu görüş noyabrın 5-6-da keçiriləcək. Qarşıdan millimizin dünya çempionatının seçmə mərhələsinin oyunları gəlir. Bütün qüvvələrimizi səfərbər etməliyik. Klublarımızın baş məşqçiləri ilə görüşdə də ümumi strategiyanı müəyyənləşdirməliyik. Hamımız bir nöqtəyə vurmalıyıq”.