AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun futbolinfo.az saytına müsahibəsi:
– Hazırda ən çox müzakirə olunan U-21 yığmamızın Avstriyadan aldığı rüsvayçı məğlubiyyətdi. Bundan sonra Yaşar Vahabzadənin bəraət xarakterli izahatı dinlənilib və nəhayət, gənclər yığması ilə bağlı qərarlar verilib. Diqqətçəkən məqamlardan biri də U-21 üzvlərinin gündəlik xərclərinin verilməməsi qərarıdı. Axı Məşqçilər Komitəsi qərar qəbul etmək hüququna sahib deyil, istənilən qərarı İcraiyyə Komitəsi verə bilər.
– Bildiyiniz kimi, iclasda tək Məşqçilər Komitəsinin üzvləri iştirak etmirdi. Müxtəlif variantlar müzakirə edildi və sonra qərara aldıq ki, milli üzvlərinin etinasız münasibətinə görə bu üsulla cazalandıraq. Hər kəs məsuliyyətini dərk etməlidi. O ki qaldı məsələnin hüquqi tərəfinə, bunu dəqiq söyləyə bilmərəm. Bəlkə də, rəsmi təsdiq üçün İcraiyyə Komitəsinə təqdim olunacaq. Sadəcə, biz öz qərarımızı verdik.

– Vahabzadə bir sıra futbolçuların yalandan zədələndiklərini söyləyərək, yığmadan boyun qaçırdıqlarını bildirib.
– Yaşar müəllim yalan danışmayıb. Sadəcə, bir neçə futbolçunun zədələndiklərini bildirməsindən şübhələndiyini dilə gətirib. Bu, Avstriya ilə oyun ərəfəsində baş verdiyi üçün, sözügedən oyunçuları yoxlamaq mümkün olmamışdı. Hazırda araşdırmalar davam edir. Qeyd edim ki, onlardan bəzilərini artıq yoxlamışıq və məlum olub ki, həqiqətən də zədələri olub.

– Vaqif müəllim, özünüz necə, hansısa futbolçunun millidən imtina etmək üçün bu cür hiyləgərliyə əl ata biləcəyinə inanırsınız?
– Xeyr. Milli formanı geyinmək hər bir futbolçu üçün böyük şərəfdi. İnanmıram ki, kimsə bu yola əl atsın. Amma biz zədəli kimi göstərilən bütün oyunçuları yoxlayacağıq. Ancaq yaranan vəziyyətdə Yaşar müəllim cəmi 14 futbolçunun ümidinə qalmalı olub.

– Yaşar Vahabzadə futbolçu qıtlığından gileylənir. Amma onun başçılıq etdiyi məşqçilər korpusundan heç biri U-19 Liqasının oyunlarını izləmir. Axı bu uşaqlar U-21-in ən yaxın gələcəyidi.
– U-19 Liqasını ilk növbədə həmin yaş qrupunun yığmasının məşqçiləri izləməlidi. Vahabzadə və köməkçiləri əvəzediciləri, 1-ci divizion təmsilçilərinin oyunlarında olurlar. Klublar özləri də etiraf edirlər ki, ən istedadlı 19 yaşlılar əvəzedicilərin çempionatına göndərilir. Amma sizinlə razıyam ki, U-21 yığmasının məşqçilər korpusu U-19 Liqasını da mütləq diqqət mərkəzində saxlamalıdı.

– Sonda Sizin subyektiv fikrinizi öyrənmək istəyirəm. Komanda hansı hesabla məğlub olmalıdı ki, baş məşqçi hansısa qərarı gözləməsin, kiminsə tələbinə tabe olmasın, özü istefa qərarını versin?
– U-21 yığmasını qarşıda daha çətin oyunlar gözləyir. Vahabzadə getsəydi, deyiləcəkdi ki, millini ağır oyunlar öncəsi tərk etdi. Yeni gələn məşqçi də komandanı lazımınca tanımaq üçün vaxt istəyəcəkdi. Yaşar müəllim azərbaycanlı məşqçidi. Hamımız çalışıb, yerli mütəxəssislərə dəstək olmalıyıq. Onun istefa vermək üçün cəsarəti çatır. Axı heç kim bilmir ki, kuluarlarda hansı söhbətləri etmişik. Sadəcə, bu cür məğlubiyyətlərdən sonra komandaya, baş məşqçiyə dəstək olmaq lazımdı. Qarşıdakı oyunlarda Avstriya məğlubiyyətini unutdurmaları üçün hamımız komandamızın yanında olmalıyıq.

CEYHUN ƏLİYEV