Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Qəbələ” doğma meydanda Dortmund “Borussiya”sı (1:3) ilə üz-üzə gəlib. Futbolinfo.az xəbər verir ki, rəqib baş məşqçi Tomas Tuhel jurnalistlərin sualların cavablandırıb:
– "Qəbələ” oyuna yaxşı başladı. İlk hissənin əvvəllərində çoxlu qol epizodları yaratdılar. Pis başlanğıc oldu. Sonradan özümüzə gəldik. Matçın əvvəllərində mübarizələrdə rəqibə uduzurduq. Amma sonra futbolçularım üstünlüyü ələ keçirdilər.

– Qalib gəlsəniz də, gülümsəmirsiz. Əvvəlcədən qələbə qazanacağınıza arxayın idiz?
– Qalib gələcəyimizə əmin idik. Çünki biz favorit sayılırdıq.
– “Qəbələ” ilk dəqiqələrdə yaxaladığı qol epizodlarından istifadə etsəydi, necə olacaqdı?
– Əlbəttə ki, rəqib qol vursaydı, çətin olacaqdı. Azarkeş dəstəyi də var. Bu cür oyunlarda ilk qolu vurmaq böyük önəm kəsb edir. Oyunun taleyini həll edən birinci qol oldu. Buna baxmayaraq, bizim “Qəbələ”yə hörmətimiz böyükdü. Çox yaxşı komandadı və bizə qarşı sona qədər mübarizə apardılar.
– Zəif başlanğıc bir sıra oyunlarda davam edib. Problem nədən qaynaqlanır?
– “Maynts”la oyuna da belə başlamışdıq. Bəxtimizdən həmin görüşdə də rəqib imkanlardan istifadə edə bilməmişdi. Bunun bir çox səbəbləri var. Amma özümüzə bəraət qazandırmaq istəmirəm. Çalışmalıyıq ki, səhvləri növbəti oyunlarda təkrarlamayaq. Çıxış etdiyimiz turnirlərdən asılı olmayaraq, müdafiədə daha diqqətli olmalıyıq.
– Cavab matçında Henrik Mxitaryanın xidmətindən istifadə edəcəksizmi, yoxsa bu görüşün qalib heyətini dəyişməyəcəksiz?
– Bəli, ondan Dortmunddakı görüşdə istifadə edəcəyəm. Mxitaryan həmin oyunda meydana çıxacaq. Heyətdə başqa dəyişikliklər də olacaq.
– Bu gün het-trik edən Aubameyanqın çıxışı barədə nə deyə bilərsiz?
– İlk hissədə 2, fasilədən sonra 1 qol vurdu. Əsas oyunçularımızdan olan Mxitaryan bu görüşdə iştirak etmədi. Amma Aubameyanq bu yoxluğu hiss etdirmədi. Onun üçün neçə qol vurması önəmli deyil, daim çalışır ki, fərqlənsin. Marko Roys da bu gün yaxşı oyun nümayiş etdirdi.
– “Qəbələ”nin heyətində kimi bəyəndiniz və Bundesliqada oynaya biləcək futbolçusu varmı?
– (Gülür). Kimisə qeyd etməyim ədalətsizlik olardı. Mən “Qəbələ”nin cəmi 2-3 oyununu izləmişəm. Buna əsasən fikir bildirməyim düz deyil. “Qəbələ” komanda şəklində yaxşı oynayır. Qapıçısı və 10 nömrəli futbolçusu (Dodo) xüsusilə seçilir.