Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz "Qarabağ" səfərdə "Monako"ya 0:1 hesabı ilə uduzub.
Oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Fransa klubunun baş məşqçisi Leonardo Jardim qələbəni belə şərh edib.
Təcrübəli mütəxəssis komandasının ilk hissədə zəif oynadığını qeyd edib: “İlk yarıda zəif oynadıq. Bilmirəm səbəb nə idi ki, oyunumuz alınmırdı. İkinci hissədə özümüzə gəldik və daha yaxşı çıxış etməyə başladıq. Gərgin matç oldu. Təzyiqimiz oyunun sonlarına yaxın bəhrəsini verdi. Qələbəyə layiq idik, amma “Qarabağ”da müqavimət göstərdi. Traore güclü çıxış etdi və ən yaxşı idi. Bəzi çatışmayan cəhətlərimiz var ki, onları həll etməliyik”.
Shares: