Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, ötən gün təmsilçimiz "Qəbələ evdə "Borussiya"ya (Dortmund) 1:3, "Qarabağ" isə səfərdə "Monako"ya 0:1 hesabı ilə uduzub.
Beləliklə onlar ölkəmizin UEFA klub reytinqinə xal əlavə edə bilməyiblər. Azərbaycan əvvəl olduğu kimi yenə 14.375 xalla 54 Avropa ölkəsi arasında 26-cı yerdə qərarlaşıb.
Sevindirci məqam odu ki, bizdən geridə olan Qazaxıstan və Serbiya təmsilçiləri də bu tur məğlub olduğundan adıçəkilən ölkələr bizi keçə bilməyib. Hazırda serblərin 14.375, qazaxların isə 13.375 xalı var.
Qeyd edək ki, cari mövsümdə ölkəmizin aktivinə “Qəbələ” 1.375, “Qarabağ” 1.500, “İnter” 0.750, “Neftçi” isə 0.250 xal qazandırıb.