Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Dortmund “Borussiya”sına 1:3 hesabı ilə uduzan “Qəbələ”nin oyununu izləyənlər arasında sabiq baş məşqçisi, rusiyalı mütəxəssi Yuri Syomin də olub. Futbolinfo.az  xəbər verir ki, o, matç başa çatdıqdan sonra fikirlərini bildirib. 
 
Syomin qeyd edib ki, “Borussiya”nın gücünü nəzərə almaq lazımdı: ”Qəbələ”nin oyunu xoşuma gəldi. Yaxşı çıxış etdilər. Əsasən də oyunun əvvəlində qol vurmaq üçün şansları var idi. Amma bunlar boşa verdilər. “Borussiya”nın gücünü nəzərə almaq lazımdır. Onlar Avropanın güclü komandalarındadılar".
Shares: