AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, iclasda “Bakılı”, “İnter” və “Neftçi”nin müraciətlərinə baxılıb. 
Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
"1. AFFA-nın İntizam Komitəsinin “Bakılı” FK barədə çıxardığı qərar (“Göyəzən” – “Bakılı” oyunu ilə bağlı texniki məğlubiyyət) qüvvədə saxlanılsın. Bu oyunun hakimlər briqadası və hakim-inspektoru barəsində hər iki komitə lazımi ölçü götürüb, Apellyasiya və Ekspert Komitəsinə məlumat versin.
2. “İnter” PİK-in futbolçusu Zurab Xizanişvili (4 oyunluq kənarlaşdırma) barədə İntizam Komitəsinin çıxardığı qərar qüvvəsində saxlanılsın. “İnter” PİK-in futbolçusu Giorgi Lomaya barədə İntizam Komitəsinin  qəbul etdiyi qərar qismən dəyişdirilsin. Futbolçu intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılsın, digər  3 oyunluq cəzadan isə  6 aylıq  sınaq müddəti təyin olunmaqla azad olunsun. 6 aylıq sınaq müddəti ərzində futbolçu Giorgi Lomaya analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.
3. “Neftçi” PFK-nın futbolçusu  Fəhmin Muradbəyli (2 oyunluq kənarlaşdırma) barədə İntizam Komitəsinin çıxardığı qərar qüvvəsində saxlanılsın".
Shares: