Dünən Avropa Liqasının qrup mərhələsi çərçivəsinin 3-cü turunda “Qarabağ” səfərdə “Monako” ilə qarşılaşıb. Futbolinfo.az xəbər verir ki, təmsilçimizin 0:1 hesabı ilə uduzduğu oyundan sonra rəqib komandanın ulduz futbolçusu Jeremi Tulalan yerli mətbuata açıqlama verib.
Yarımmüdafiəçi bildirib ki, Ağdam klubunu məğlub etmək üçün komandaları çox əziyyət çəkib: “Çətin qələbə qazandıq. Ümumiyyətlə, “Qarabağ”dan 3 xal almaq əziyyətli oldu. Lakin sevindiricidir. Artıq ötənilki səviyyəmizə qayıdırıq. Matçın ilk yarısında çox hücum təşkil etmək istəsək də, alınmadı. İkinci yarıda yaxşı oynadıq və sonda istəyimizə nail olduq. “Qarabağ”la Bakıda da asan olmayacaq”.