Avropa Liqasının qrup mərhələsində “Qarabağ” üzərində 1:0 hesablı qələbə qazanan “Monako”nun qapıçısı Daniyel Subaşiç oyun haqqında fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, qolkiper Ağdam təmsilçisinin müdafiədə və hücumda yaxşı oyun göstərdiyini deyib:
“Qarabağ” həm yaxşı müdafiə olunurdu, həm də hücuma çıxmağı bacarırdı. İlk hissədə bunu göstərdilər. Lakin biz ikinci yarıda vəziyyəti öz xeyrimizə dəyişə bildik. Artıq qrup lideriyik və mövqeyimizi qorumaq üçün əlimizdən gələni edəcəyik. Bu oyunu unutmaq və qarşıdakı matçlara baxmaq lazımdır. Qrupumuzdakı bütün komandalar güclüdür, eləcə də “Qarabağ”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp