Qapıçı məşqçisi Emil Babayevin ardından daha bir məşqçi “Rəvan”da işləməkdən imtina edib. Belə ki, “İnter”in əvəzedici heyətinin məşqçisi Elşad Quliyev yeni baş məşqçi Bəhmən Həsənovla “Rəvan”da 1 məşqə çıxıb. Daha sonra isə Quliyev iş yerini dəyişməmək qərarına gəlib.
Qapıçı məşqçisi Toğrul Əhmədovu çıxsaq,  Bəhmən Həsənov faktiki olaraq, köməkçisiz qalıb. İndi o əvəzedici heyətin baş məşqçisi Anar Vəliyevdən və klubda məşqçi kimi çalışan Elnur İmanquliyevdən kömək umur.
Qeyd edək ki, “Rəvan” baş məşqçi Bəhmən Həsənovun rəhbərliyi altında cari mövsümdə ilk oyununa IX turda, "İnter"lə matçda çıxacaq. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp