Topaz Premyer Liqasının IX turunun maraqlı görüşlərindən biri Gəncədə baş tutacaq.  Belə ki, son vaxtlar yaxşı futbol sərgiləyən “Kəpəz” heç də yaxşı günlərini yaşamayan “Xəzər Lənkəran”la üz-üzə gələcək. 
Bu oyun üçün “Kəpəz” klubu bilet satışı təşkil edəcək. Futbolinfo.az saytının məlumatına görə, oyunu izlmək istəyən azarkeş 1 manatından keçməlidir. 
Amma istisnalar da mövcuddur. Bizdə olan məlumata görə, matça gəlmək istəyən xanımlar stadiona bilet almadan, sərbəst daxil ola bilərlər. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp