Ötən gün Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilib. Ötən gün təmsilçimiz "Qəbələ evdə "Borussiya"ya (Dortmund) 1:3, "Qarabağ" isə səfərdə "Monako"ya 0:1 hesabı ilə uduzub. 
Futbolinfo.az xəbər verir ki, sözügedən məğlubiyyətlər bu gün yenisi açıqlanan UEFA klub reytinqi siyahısında təmsilçilərimizə mənfi təsir edib. Belə ki, bu məğlubiyyətlərdən sonra "Qarabağ" 6 pillə geriləyərək, 135-ci pilədə yer alıb. "Qəbələ" isə məğlubiyyətə baxmayaraq, mövqeyini qoruyub və 254-cü pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp