Dünən Avropa Liqasında iştirak edən təmsilçilərimiz növbəti görüşlərinə çıxdı. Komandalarımızın rəqibi “böyük beşlik” ölkələri təmsilçisi idi. 
Belə ki, Qəbələ Dortmund “Borussiya”sı ilə evdə, “Qarabağ” isə Fransa “Monako”su ilə səfərdə qarşılaşırdı. Təmsilçilərimiz əvvəlki illərdə olduğu kimi bu dəfə də sözügedən ölkə təmsilçilərinə qarşı qalib gələ bilmədi. İndiyədək klublarımız “böyük beşlik” ölkələrinə qarşı avrokuboklarda keçirdiyimiz oyunların 5-də təmsilçilərimiz rəqibi ilə bərabərliyə nail olub. Qalan 14 görüşdə isə sözügedən ölkə təmsilçiləri meydanı qələbə ilə tərk edib. 
1999. “Monpelye” (Fransa) 6:0, 3:0 “Qarabağ” İntertoto Kuboku (İK)
2010. “Borussiya (Dortmund, Almaniya) 4:0, 1:0 “Qarabağ” (AL)
2012. “Neftçi” 1:3, 2:2 “İnter” (İtaliya) (AL)
2013. “Qarabağ” 0:2, 1:2 “Ayntraxt” (Frankfurt, Almaniya) (AL)
2014. “Qarabağ” 0:0, 1:1 “Sent Etiyen” (Fransa) (AL)
2015. “Atletik” (Bilbao, İspaniya) 2:0, 0:0 “İnter” (AL)
2015. “Tottenhem” (İngiltərə) 3:1 “Qarabağ” (AL)
2015. “Qəbələ” 1:3 “Borussiya” (AL)
2015. “Monako” 1:0 “Qarabağ” (AL) 
Digər yadda qalan məqam isə Pyer-Emerik Obameyanqın “Qəbələ”nin qapısına 3 dəfə yol tapaması oldu. Qabonlu hücumçu avrokuboklarda Bakıda təmsilçilərimizlə görüşdə ilk het-trik edən futbolçu kimi yadda qaldı. Ümumiyyətlə, Obameyanqdan əvvəl yalnız bir futbolçu – Pyotr Şarpak təmsilçilərimizlə oyunda 3 dəfə qol sevinci yaşamışdı. Bu 1998-ci ildə Çempionlar Liqası çərçivəsində Polşa “Vidzev”inin “Neftçi”ni 8:0 hesabı ilə məğlub etdiyi görüşdə qeydə alınmışdı. Lakin Şarpak bunu öz meydanlarında etmişdi deyə, Obameyanq ilk oldu.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp