Bu gün Topaz Premyer Liqasının IX tura start verilib. Futbolinfo.az xəbər verir ki, AZAL öz meydanında "Neftçi"ni qəbul edir. 
Hazırda matçın keçirildiyi "AZAL Arena"da olan əməkdaşımızın verdiyi məlumata görə, stadionda gözlənilməz qonaqlar peyda olub. 
Belə ki, qarşılaşmanı təxminən 20-ə yaxın alman tərəfdar da izləyir. Onlar Avropa Liqasının qrup mərhələsi çərçivəsində ötən gün "Qəbələ"nin qonağı olmuş Dortmund "Borussiya"sının fanatlarıdı. Dortmundlu tərəfdarlardan biri hətta sevimli klubunun bayrağını da tribunadan asıb. Əllərində pivə və digər içkilər olan alman azarkeşlər bunu stadiona problemsiz keçirməyə müvəffəq olub.
 
Sizi həmin anın özəl fotoları ilə tanış edirik:
 
804724 1088482721204712 1921486190 n - Futbolinfo.az12178014 1088483267871324 882489573 n - Futbolinfo.az
12180037 1088483817871269 357832418 n - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp