Bu gün Topaz Premyer Liqasının IX tura start verilib. Futbolinfo.az xəbər verir ki, AZAL öz meydanında "Neftçi"ni qəbul edir. 
Hazırda matçın keçirildiyi "AZAL Arena"da penalti epizodu zamanı qolun müəllifi Nuqzar Kvirtiya qonaq komandanın  azarkeşlərinə əli ilə "sus" işarəsi göstərdi və bu tribunalarda gərginliyə səbəb oldu. Qonaqların qapıçısı Aqil Məmmədovun müdaxiləsindən sonra olay böyümədi. Hakim isə gürcü futbolçunu sarı vərəqə ilə cəzalandırdı. Bundan sonra "Neftçi" azarkeşləri komandaya xəbərdarlıq işarəsi olan şüarla yadda qaldı: "AZAL-ı udmasanız, başınız ağrıyar".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp