FİFA prezidentliyi üçün daha bir namizəd özünü təqdim edib. Futbolinfo.az xəbər verir ki, sözügedən qurumun beynəlxalq əlaqələr üzrə sabiq direktoru və baş katibin keçmiş müavini Jerom Şampan bu posta namizədliyini irəli sürüb. 
Qeyd edək ki, daha öncə UEFA prezidenti Mişel Platini, İordaniya şahzadəsi Əli ibn Əl-Hüseyn, eləcə də Trinidad və Tobaqo yığmasının keçmiş kapitanı Devid Nahid də bu posta öz namizədliyini verib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp