Bu gün Topaz Premyer Liqasının IX tura start verilib. Futbolinfo.az xəbər verir ki, AZAL öz meydanında "Neftçi"ni 2:1 hesabı ilə məğlub edib
"AZAL Arena"dakı qarşılaşmadan sonra baş tutan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Samir Əliyev məğlubiyyəti belə şərh edib:
“Ardıcıl 5-ci oyundur ki, qələbə qazana bilmirik. AZAL ilə oyuna çox bərbad başladıq. İkinci hissədə vəziyyəti öz xeyrimizə dəyişməyə çalışdıq, qol da vurduq. Amma oyunun son dəqiqələrində səhvə yol verdik, qapımıza penalti təyin olundu. Rəqib bundan maksimum yararlandı və biz məğlub olduq. Bəlkə də, həyatım boyu bu qədər məyus olmamışdım. Çıxış yolu qışa qədər gözləməkdir. Əgər mən burada qalsam, layiq olmayan futbolçular göndəriləcək. Gənc, təcrübəli futbolçu başa düşməlidir ki, hansı klubda oynayır. Bu formanı geyinirsənsə, mahiyyətini dərk etməlisən”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp