Bu gün Topaz Premyer Liqasının IX tura start verilib. Futbolinfo.az xəbər verir ki, AZAL öz meydanında "Neftçi"ni 2:1 hesabı ilə məğlub edib
"AZAL Arena"dakı oyun başa çatandan sonra bir neçə "Neftçi" azarkeşi meydançaya axışıb. Lakin "ağ-qaralar"ın qapıçısı Aqil Məmmədov belə desək, onları himayəsinə alaraq, polisdən qoruyub və çölə çıxarıb. 
Bundan başqa, məğlubiyyəti həzm edə bilməyən Cavid İmamverdiyev isə meydançanı tərk edərkən komanda yoldaşlarından birini topu çölə çıxara bilmədiyinə görə, təhqir edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp