AÇ-2016-nın seçmə mərhələsinin son turunda baş tutan oyunlara görə bir sıra futbol federasiyalarını cəzalandırıb. Futbolinfo.az xəbər verir ki, bu barədə qurumun rəsmin saytından məlumat yayılıb.  
 
Belə ki, bu cəzalara səbəb baş tutan oyunlarda azarkeşlərin intizamsız hərəkətləri olub. Qlazqoda baş tutan Şotlandiya – Polşa oyununda azarkeşlərin pirotexnik vasitələrdən istifadəsinə görə Polşa Futbol Federasiyası 40 min avro cərimə olunub. Polşa Futbol Federasiyası isə təşkilatçılıqda yol verdiyi nöqsanlara görə 20 min avro cərimələnib.
 
Vilnüsdə keçirilmiş Litva – İngiltərə oyununa görə isə ev sahibləri azarkeşlərin düzgün yerləşdirilməməsi və sektorlar arasında baş vermiş qarşıdurma yarandığı üçün 30 min avro məbləğində cəza ödəməli olacaq
 
Son olaraq İngiltərə Futbol Federasiyası isə azarkeşlərin intizamsızlıqlarına görə 15 min ödəyəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp