Bu gün Topaz Premyer Liqasının 9-cu turu daha 2 qarşılaşma ilə davam edəcək. Futbolinfo.az xəbər verir ki, keçiriləcək matçlardan biri Gəncədə digəri Bakıda baş tutacaq.
24 oktyabr
“Kəpəz” – “Xəzər Lənkəran”
15:00, Gəncə şəhər stadionu
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Vüqar Bayramov, Ramil Diniyev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Fazil Mürşüdov
"Kəpəz" doğma meydanda "Xəzər Lənkəran"la üz-üzə gələcək. Bu görüşdə meydan sahiblərini favorit saymaq olar. Şahin Diniyevin yetimələri əvvəlki turlardakı kimi parlaq oyunlarını bu matçda da göstərməyə çalışacaqlar. Həmişə olduğu kimi bu dəfə də gəncəlilərin azarkeş sarıdan korluq çəkməyəcəyi dəqiqdi. Son vaxtlar tarixinin ən pis dönəmlərini yaşayan cənublular isə ən azı 1 xal qazanmaq üçün savaşacaq. Son turda AZAL-ı üstələyən “ağ-yaşıllar” “Qəbələ”yə böyükhesablı məğlubiyyətdən sonra az da olsa özlərinə gəliblər. Tərəflər arasında baş tutan son 7 qarşılaşmanın hamısında qalib gələn lənkəranlıların bu dəfə qələbə seriyasını uzadacağı inandırıcı görünmür. 
“Kəpəz” – “Xəzər Lənkəran” – 12 oyun, +1=1-10, top fərqi – 8:20 
21.12.2004    Xəzər Lənkəran – Gəncə    2:0
24.05.2005    Gəncə – Xəzər Lənkəran    0:1
13.11.2005    Xəzər Lənkəran – Gəncə    1:1
21.04.2006    Gəncə – Xəzər Lənkəran    1:2
17.10.2010    Gəncə – Xəzər Lənkəran    4:1
11.12.2010    Xəzər Lənkəran – Gəncə    1:0
28.10.2011    Xəzər Lənkəran – Kəpəz (Gəncə)    1:0
16.12.2011    Kəpəz (Gəncə) – Xəzər Lənkəran    1:4
10.08.2012    Xəzər Lənkəran – Kəpəz (Gəncə)    4:0
24.11.2012    Kəpəz (Gəncə) – Xəzər Lənkəran    0:1
06.04.2013    Kəpəz (Gəncə) – Xəzər Lənkəran    1:2
03.05.2013    Xəzər Lənkəran – Kəpəz (Gəncə)    1:0
BU MÖVSÜM… 
… “Kəpəz” öz meydanında: 4 oyun, 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi – 7:5 
…"Xəzər Lənkəran” səfərdə: 3 oyun, 2 heç-heçə, 1 məğlubiyyət top fərqi – 2:8
OYUNDAN NOTLAR
•  Cəza üzündən oyunu heç kim buraxmayacaq.   
•  Dario Federiko və Budaq Nəsirov (hər ikisi “Kəpəz”) cəza həddindədi.   
•  Zədə üzündən Kərim Diniyev (“Kəpəz”) və Rasim Ramaldanov (“Xəzər Lənkəran”) meydana çıxmayacaq. 
• Zədəsini yenicə sağaldan Orxan Əliyevin (“Xəzər Lənkəran”) oynayıb-oynamayacağı baş məşqçinin qərarından asılı olacaq. 
Hakim
Omer%20Pasayev - Futbolinfo.az
Qarşılaşmanı baş hakim Ömər Paşayev idarə edəcək. Bu, referinin cari mövsümdə 3-cü təyinatıdı. Paşayev cari mövsüm sözügedən komandaları ilk dəfə meydana çıxaracaq. 
“İnter” – “Rəvan”
17:00, “İnter Arena”
Hakimlər: Rəhim Həsənov, Kamran Bayramov, Vüsal Qənbərov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Şahin Cəfərov
Günün son matçında "İnter" evdə "Rəvan"ı qonaq edəcək. Paytaxt derbisində görüşün aşkar favoriti ev sahibləridi. Matç “Rəvan”ın köhnə-təzə baş məşqçisi Bəhmən Həsənov bu matçda debüt edəcək. O, ardıcıl 5 oyundu məğlub olan "sarı-qırmızılar"ın uğursuz seriyasına son qoymağa çalışacaq. Amma bu, onlar üçün elə də asan olmayacaq. Çünki tərəflər arasında keçirilən 8 matçın hamısında “bankirlər” meydanı 3 xalla tərk edib. 
“İnter” – “Rəvan” – 8 oyun, +8=0-0, top fərqi – 20:5
30.10.2011    Rəvan (Bakı) – İnter (Bakı)    1:2
07.03.2012    İnter (Bakı) – Rəvan (Bakı)    1:0
04.10.2012    Rəvan (Bakı) – İnter (Bakı)    0:2
02.12.2012    İnter (Bakı) – Rəvan (Bakı)    2:0
25.08.2013    Rəvan (Bakı) – İnter (Bakı)    1:5
02.11.2013    İnter (Bakı) – Rəvan (Bakı)    3:2
08.02.2014    Rəvan (Bakı) – İnter (Bakı)    1:j2
31.03.2014    İnter (Bakı) – Rəvan (Bakı)    3:0
BU MÖVSÜM… 
… “İnter” öz meydanında: 4 oyun, 3 qələbə, 1 məğlubiyyət, top fərqi – 4:3 
…"Rəvan” səfərdə: 3 oyun, 1 heç-heçə, 2 məğlubiyyət top fərqi – 2:4 r
OYUNDAN NOTLAR
•  Cəza üzündən Zurab Xizinaşvili (“İnter) oyunu  buraxacaq.   
•  Dario Federiko və Budaq Nəsirov (hər ikisi “Kəpəz”) cəza həddindədi.   
•  Zədə üzündən Rauf Əliyev, Laşa Kasradze, İvan Benitez, Səlahət Ağayev (hamısı “İnter”) bu oyunu buraxmalı olacaq. 
• “Qarabağ”la oyunda aldığı qırmızı vərəqəyə görə AFFA İntizam Komitəsinin 4 oyunluq cəzalandırdığı Georgi Lomayanın (“İnter”) cəza müddəti Apellyasiya və Ekspert Komitəsi tərəfindən 1 oyuna düşürülüb. Qapıçı bu cəzasını ötən tur başa vurduğundan “aslanlar”la görüşdə komandasına kömək edə biləcək. Bundan başqa, "Rəvan"ın “İnter”dən icarəyə götürdüyü Tural Qürbətov anlaşmaya görə müqavilə ilə məxsus olduğu kluba qarşı çıxış edə bilməz.
Hakim
rehimhesenovv - Futbolinfo.az
Qarşılaşmanın baş hakimi Rəhim Həsənov cari mövsümdə bütün turlara təyinat alan yeganə referidi. O, bu mövsüm “bankirlər”in 2 matçında söz sahibi olub. Həsənovun idarə etdiyi bu oyunlarda “göy-ağlar” 1 matçda qalib gəlib, digərində məğlub olub. Fit sahibi bu qarşılaşmalarda “İnter”in 4, rəqiblərinin isə 3 futbolçusuna sarı vərəqə göstərib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp