UEFA-nın İntizam Komitəsi Moldova Futbol Federasiasını (FMF) cəzalandırıb. Futbolinfo.az xəbər verir ki, buna AÇ-2016-nın seçmə qrup mərhələsində Moldovada Rusiya yığmasına qarşı keçirilən oyunda yerli azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi və irqçi şüarlar səsləndirməsi səbəb olub.
Buna görə də federasiya 15 min avro cərimələnib, yığmanın növbəti ev oyununda stadionun azarkeş sektorlarından birinin bağlanmasına qərar verilib.
Xatırladaq ki, Azərbaycan yığması noyabrın 17-də Bakıda Moldova ilə yoxlama matçı keçirəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp