Ötən gün Türkiyə PTT 1-ci Liqasında 9-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ufuq Budakın şərəfini qoruduğu "Qaziantep BB" da növbəti oyununa çıxıb. 
 
Adıçəkilən komanda səfərdə "Trabzon 1461"lə üz-üzə gəlib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Budakın adı isə bu matçın iştirak ərizəsində yer almayıb. 
 
Qeyd edək ki, "Qaziantep BB" 17 xalla 3-cü pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp