Bu gün Topaz Premyer Liqasının 9-cu turunda “Xəzər Lənkəran” “Kəpəz”in qonağı olacaq. Cənubluların rumıniyalı müdafiəçisi Adrian Skarlatake oyunla bağlı futbolinfo.az saytına açıqlama verib. 
Təcrübəli müdafiəçi heyətdəki çatışmazlıqların oyuna təsir edə biləcəyini deyib: “Bizi çətin oyun gözləyir. AZAL üzərindəki qələbədən sonra bu gün də 3 xal qazanmaq istəyirik. Amma heyətdə bir sıra itkilər var. Rasim Ramaldanov və Orxan Əliyevin yoxluğu oyuna təsirini göstərəcək. Belə çətin vəziyyətdə futbolçuların zədələnməsi problemlər yaradır. Ümid edirəm ki, onlar tezliklə sıraya qoşulacaqlar. Amma bizim üçün fərqi yoxdur. Yenə də meydana 3 xal ümidi ilə çıxacağıq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp