Bu gün Topaz Premyer Liqasında IX turun növbəti qarşılaşmaları keçirilir. Futbolinfo.az xəbər verir ki, "İnter" evdə "Rəvan"la qarşılaşır.
Hazırda "İnter Arena"da davam edən matçın ilk hissəsi oynanılarkən qan tökülüb. Belə ki, qonaq komandanın hücumçusu Fərid Quliyev rəqib müdafiəçi ilə top uğrunda hava  mübarizəsində yerdə qalıb. Nəticədə Quliyevin başı qanayıb və zədələnən forvard matçı yarımçıq tərk etməli olub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp