Bu gün Topaz Premyer Liqasında IX turun növbəti qarşılaşmaları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Kəpəz" evdə "Xəzər Lənkəran"ı 1:0 hesabı ilə məğlub edib.
Gəncə şəhər stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Yunis Hüseynov məğlubiyyəti belə şərh edib:
“Gəncə səfərində xal qazanmaq istəyirdik. AZAL ilə oyundan sonra uğurlu seriya hədəfləmişdik. İlk hissədə komandamın oyunundan razı qalmadım. Rəqib azarkeşlərinin çoxluğu, ola bilər ki, futbolçularıma mənfi təsir göstərdi. İkinci hissədə isə pis təsir bağışlamadıq. Təhlükəli epizodlar yaratsaq da, bunlar qol vurmaq üçün kifayət etmədi. Zədəli oyunçularla bağlı problemlərimiz var. Tounkara və Orxan sıraya yeni qayıdıblar. Hazırda isə həkimlər futbolçuların zədəsi ilə məşğuldurlar. Komandadan getməyim düz çıxmaz. Dekabra kimi çalışmaılıyıq ki, liderlərdən geri qalmayaq. Qarşıda bizi çətin oyunlar gözləyir. “Sumqayıt”la bir neçə gün sonra keçiriləcək oyunda qələbə qazanmaq niyyətindəyik. Mən Azərbaycanı bölgələrə bölmürəm. Azərbaycan mənim vətənimdir, bu ölkənin hər bir yeri mənim üçün doğmadır. Fərq qoymuram”. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp