Bu gün baş tutan "İnter" – “Rəvan” (2:1) matçından sonra  Denis Silvra futbolinfo.az saytına müsahibə verib: 
– Bu gün "Rəvan"ı məğlub etdiniz…
– Vacib 3 xal qazandıq, son iki oyun idi qalib gələ bilmirdik. Bu qələbə futbolçuların növbəti qarşılaşmalara daha yaxşı motivasiya olması üçün də vacib idi.
 
– Artıq çempionatda ilk dövrə başa çatdı. Geridə qalan 9 oyunda 17 xal qazandınız. Bu nəticəni necə dəyərləndirirsən?
– Qənaətbəxş saymaq olar. Nəzərə alaq ki, qarşıda hələ çox oyun var, bu qarşılaşmalarda daha yaxşı nəticə qazanıb ilk 3 pillədə qərarlaşa bilərik. Məncə, növbəti maçtlarda daha çox xal toplayacağıq.
 
– Sanki son qarşılaşmalarda komanda yaxşı oyun göstərmir. Bunun səbəbi nədi?
– Komandada yeni futbolçular var, nəzərə alın ki, həm zədəlilərimiz, həm də qırmızı vərəqə alanlarımız oldu. Bu futbolçuları itirmək çıxışımıza təsir etmişdi, artıq "Rəvan"la matçda yeni futbolçular oyun üslubuna tam uyğunlaşmışdı, zamanla daha da yaxşı oyunlar göstərəcəyik.
 
– Növbəti turda sabiq komandan "Neftçi"yə qarşı oynayacaqsan….
– Mənim üçün "Neftçi"yə qarşı matç digər oyunlardan fərqlənmir. Hazırda "İnter"in futbolçusuyam. Düzdü, "Neftçi"də yaxşı vaxtlarım olub, ancaq hazırda öz komandamda yaxşı oyun göstərmək haqda fikirləşirəm. 
 
– Sabiq komandan "Neftçi" hazırda pis günlərini yaşayır. Bu haqda nə deyə bilərsən?
– Mənim nəsə deməyim düzgün çıxmaz, çünki komandanın daxilində nələrin baş verdiyini bilmirəm. Orda oynayanda, baş verənlərdən xəbərdar idim, indi isə "Neftçi"nin hazırki durumunun niyə belə olduğunu bilmirəm.
 
ELMAR ABDULLA-ZADƏ
Shares: