Bu gün Topaz Premyer Liqasında IX tura yekun vurulacaq. Futbolinfo.az xəbər verir ki, son oyun günündə 2 görüş baş tutacaq və bununla da, həm cari tur, həm də 1-ci dövrə başa çatacaq.
“Qəbələ” – “Zirə”
17:00. Qəbələ şəhər stadionu
Hakimlər: Elvin Əsgərov, İsgəndər Əliyev, Munis Abdullayev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Məhəmməd Məmmədov
İlk görüş Qəbələdə şəhərin eyni adlı komandası ilə “Zirə” arasında baş tutacaq. Meydan sahiblərini matçın favoriti saymaq olar. Həftəiçi Avropa Liqasında evdə Dortmund “Borussiya”sına məğlub olmarlarına baxmayaraq, bunun onların oyununa elə də çox təsir etəcəyi inandırıcı görünmür. Ötən tura kimi rəqiblərinə məğlub olmayan “qartallar” isə Qəbələ səfərindən xalla ayrılmaq niyyətindədi. Təbii ki, bu, onlara elə də asanlıqla başa gəlməyəcək. “Qarabağ”la ötən turdakı matç göstərdi ki, Adil Şükürovun komandası heç də məğlubedilməz deyil. 
“Qəbələ” və “Zirə” indiyədək qarşılaşmayıblar 
BU MÖVSÜM… 
… “Qəbələ” öz meydanında: 4 oyun, 3 qələbə, 1 heç-heçə, top fərqi – 10:2 
…"Zirə” səfərdə: 1 oyun, 1 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət top fərqi – 3:5
OYUNDAN NOTLAR
•  Cəza üzündən oyunu Viktor İqbekoyi ("Zirə") buraxacaq.   
•  İqor İvanov və Aleksandr Şemonayev (hər ikisi “Zirə”) cəza həddindədi.   
•  Zədə üzündən Rafael Santos (“Qəbələ”) və İlqar Hüseynov (“Zirə”) oyunu buraxmalı olacaq. 
Hakim
Bu matç baş hakim Elvin Əsgərovun cari mövsümdə 6-cı təyinatıdı. O daha öncə bu mövsüm yalnız 1 dəfə “Qəbələ”nin qarşılaşmasında əsas söz sahibi olub. “Qırmızı-qaralar”ın 6-cı turda “Rəvan”ı səfərdə 3:0 hesabı ilə udduğu oyunu idarə edən Əsgərov qarşılaşmadakı yeganə sarı vərəqəni də qəbələlilərin yarımmüdafiəçisi Samir Zərgərova göstərib. 
“Sumqayıt” – “Qarabağ”
19:00. “Kapital Bank Arena”
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Asim Xudiyev 
Turun son matçında “Sumqayıt” doğrma meydanında lider “Qarabağ”ı qəbul edəcək. Şübhəsiz ki, bu qarşılaşmmanın favoriti qonaq komandadı. Meydan sahibləri ötən tur yeni baş məqşçi Samir Abbasovun rəhbərliyi altında hər nə qədər pis təsir bağışlamasalar da, bu dəfə onlar üçün çətin olacaq. Amma “kimaçılar” cari mövsümdə evdə keçirdiyi 4 görüşün hamısında rəqibləri ilə heç-heçə oynayıb. Onların bu seriyasının qırılma şansı böyükdü. 
“Sumqayıt” – “Qarabağ” – 12 oyun, +3=1-8, top fərqi – 6-:26
11.09.2011    Sumqayıt Şəhər – Qarabağ (Ağdam)    0:0
05.11.2011    Qarabağ (Ağdam) – Sumqayıt Şəhər    1:2
19.08.2012    Sumqayıt – Qarabağ (Ağdam)    1:6
16.02.2013    Qarabağ (Ağdam) – Sumqayıt    3:0
11.08.2013    Qarabağ (Ağdam) – Sumqayıt    5:1
20.10.2013    Sumqayıt – Qarabağ (Ağdam)    0:3
23.03.2014    Qarabağ (Ağdam) – Sumqayıt    3:0
12.05.2014    Sumqayıt – Qarabağ (Ağdam)    1:0
10.08.2014    Sumqayıt – Qarabağ (Ağdam)*    +:-
21.12.2014    Qarabağ (Ağdam) – Sumqayıt    2:0
18.03.2015    Sumqayıt – Qarabağ (Ağdam)    1:2
16.05.2015    Qarabağ (Ağdam) – Sumqayıt    1:0
BU MÖVSÜM… 
… “Sumqayıt” öz meydanında: 4 oyun, 4 heç-heçə, top fərqi – 3:3 
…"Qarabağ” səfərdə: 5 oyun, 4 qələbə, 1 heç-heçə, top fərqi – 11:5
OYUNDAN NOTLAR
•  Cəza üzündən oyunu heç kim buraxmayacaq.   
•  Elvin Yunuszadə (“Qarabağ”) cəza həddindədi.   
•  Zədə üzündən Reynaldo, Namiq Ələsgərov (“Qarabağ”) oyunu buraxacaq. 
Hakim
Matçı Rəvan Həmzəzadə idarəcək. Həmzəzadə bununla da cari mövsümdə ilk qarşılaşmasında baş hakim olaraq ədaləti qoruyacaq.
Shares: