Premyer Liqanın IX turunda səfərdə “Kəpəz”ə minimal hesabla məğlub olan “Xəzər Lənkəran” sərbəst buraxılıb. Futbolinfo.az xəbər verir ki, matç bitən kimi Gəncəni tərk edərək Lənkərana qayıdan komanda bir gün istirahət edəcək.
Oktyabrın 26-da, günün birinci yarısında isə komanda yenidən bir araya gələrək hazırlıqlara başlayacaq.
Cəmi iki gün məşq edəcək “Xəzər Lənkəran” Premyer Liqanın (II dövrə) X turu çərçivəsində, oktyabrın 28-də “Fırtınalar meydanı”nda “Sumqayıt”ı qəbul edəcək.
(12cioyuncu.info)