Türkiyə Superliqası təmsilçisi “Sivasspor”un baş məşqçisi Sərgən Yalçın istefa verib. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytından məlumat yayılıb.
Belə ki, çalışdırıcı ötən gün doğma meydanda “Trabzonspor”a 0:2 hesabı ilə məğlub olduqdan sonra mətbuat konfransında istefasını açıqlayıb. 9 turdan qələbə üzünə həsrət qalan “Sivasspor” rəhbərliyi isə Sərgənin bu istəyini qəbul edib. Əlavə olaraq bildirək ki, veteran futbolçu bu ilin yanvar ayından adıçəkilən klbu çalışdırırdı.
Qeyd edək ki, “Sivasspor” 6 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.