Türkiyə PTT 1-ci Liqasında 9-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, 21 yaşlılardan ibarət Azərbaycan millisinin üzvü Timur Təməltaşın şərəfini qoruduğu “Altınordu” da növbəti matçına çıxıb.
Adıçəkilən komanda doğma meydanda "Göztəpə" ilə üz-üzə gəlib. Görüş ev sahibi komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yarımmüdafiəçimiz oyuna 78-ci dəqiqədə daxil olub. Əlavə olaraq bildirək ki, "Qarabağ"ın sabiq futbolçusu Leroy Corc isə "Göztəpə"də start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Altınordu” 15 xalla 6-cı, "Göztəpə" isə eyni sayda xalla 5-ci pillədə qərarlaşıb.