Bu gün Topaz Premyer Liqasında IX tura yekun vurulacaq. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" evdə "Zirə” ilə 0:0 hesablı bərabərə qalıb.
Qəblələdəki matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Roman Qriqorçuk heç-heçəni belə şərh edib:
“Biz bu gün çox vacib xallar itirdik. Belə gərgin qrafikdə həm psixoloji, həm də fiziki planda çatışmazlıqlar olur. Digər tərəfdən biz səhvlərimizi aradan qaldırmalıyıq. Çünki vaxtımız çox azdır. Yorğunluğun gətirdiyi əsəb gərginliklərinin olduğu vaxtda biz xarakter nümayiş etdirməliyik. Biz bu gün iki xalı yorğunluqdan itirmədik. Düzdür, müəyyən dəyişiklik etmək olar. Məncə, heyətdə 4, 5 oyunçunu dəyişə bilərik. İki fərqli heyətlə oynamaq isə, məncə, olmaz”.