Belçika çempionatında 12-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"nin rəqibi “Anderlext” də növbəti matçına çıxıb. 
 
Adıçəkilən komanda doğma meydanda "Brügge" ilə üz-üzə gəlib. Görüş "Anderlext"in 3:1 hesablı qələbəsi ilə başa çatıb.    
 
Qeyd edək ki, “Anderlext” hazırda 25 xalla turnir cədvəlində 2 pillə irəliləyərək 1-ci yerdə qərarlaşıb.
Shares: