Bildiyiniz kimi, AZAL klubun əsas kapitanı Seymur Əsədov hazırda zədədən əziyyət çəkir. Buna görə də AZAL-ı kapitan kimi oyunlara Azərbaycan milli komandasının sabiq üzvü Rail Məlikov çıxarır.
Elə AZAL-ın “Neftçi”yə 2-1 hesabı ilə qalib gəldiyi ev oyunununda da sarğı Railin qolunda idi. Amma bundan bir tur öncə “Xəzər Lənkəran”a qarşı keçirilən matçda AZAL-da lider funksiyasını İlqar Ələkbərov yerinə yetirirdi.
Futbolinfo.az saytı Tərlan Əhmədovun kapitanı tez-tez dəyişməsini araşdırıb. Məlum olub ki, İlqar Ələkbərovun “Xəzər Lənkəran”la oyuna kapitan kimi çıxması baş məşqçinin hiyləgər manevri imiş. Məsələ burasındadır ki, İlqar vaxtilə “Xəzər Lənkəran”dan problemli şəkildə ayrılıb. Bunu nəzərə alan Əhmədov yarımmüdafiəçiyə kapitan sarğısını həvalə etməklə onu oyuna ikiqat motivasiya ilə çıxarmaq istəyirb. Amma həmin gün Ələkbərovun rəhbərlik etdiyi kollektiv “Xəzər Lənkəran”a 1:3 hesabı ilə uduzdu.