Bu gün Topaz Premyer Liqasında IX tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" səfərdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzub.
"Kapital Bank Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Qurban Qurbanov məğlubiyyəti belə şərh edib:
“Əlbəttə ki, məğlub olmaq istəməzdik. “Sumqayıt” yaxşı oynadı, onlar üçün yaxşı qələbə alındı. Samir Abasova uğurlar arzu edirəm. Samir futbolçu olduğu vaxt həmişə əziyyət çəkib, zəhməti ilə uğur qazanıb və hər bir oyunçuya örnək olub. Məğlub olmağımıza baxmayaraq, Samirin uğuruna sevinirəm. Məğlubiyyətə baxmayaraq, öz oyunumuzdan razı qaldım. Çempionatımızın ən sürətli, ən gərgin oyunlarından biri alındı. Hazırda sıx qrafik var, futbolçuları oyunlara hazırlamalıyıq. Bir daha Samir Abasovu və komandasını təbrik edirəm, çox istəkli idilər”. 
Shares: