Bu gün Topaz Premyer Liqasında IX tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" səfərdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzub.
"Kapital Bank Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Samir Abasov qələbəni belə şərh edib:
“Çətin olacağını bilirdik. “Qarabağ”a qarşı oynamaq çox çətindir. “İnter”lə oyundan sonra demişdim ki, biz rəqibi düşünmürük. Bu sözlərim rəqibi kiçiltmək üçün deyil. Sadəcə, öz çıxışımızı fikirləşirik. İstədiyimiz oyuna doğru 1 addım atdıq. Məncə, “Qarabağ” bizə qarşı həvəssiz oynamadı. “Qarabağ” fəxrimizdir. Oyuna görə onlara da təşəkkür edirəm”.  
Shares: