İspaniya La Liqasında 9-cu turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Eybar” da növbəti matçına çıxıb.   
 
Adıçəkilən komanda səfərdə “Barselona” ilə üz-üzə gəlib. Görüş "Eybar"ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. İsrafilov meydana 46-cı dəqiqədə daxil olub və 90+3-cü dəqiqədə sarı vərəqə alaraq "fərqlənib".
 
Qeyd edək ki, “Eybar” 13 xalla 7-ci pillədə qərarlaşıb.
Shares: