İspaniya La Liqasında daha bir baş məşqçi istefası yaşanıb. Futbolinfo.az xəbər verir ki, "Levante" çalışdırıcısı Lukas Alkarasla yolları ayırıb. 
Bu barədə klubun rəsmi saytından da məlumat yayılıb. Mənbədə bildirilir ki, yerli çempionatdakı "Real Sosyedad"a 0:4 hesablı məğlubiyyətdən sonra bu qərar verilib.
Qeyd edək ki, 49 yaşlı ispaniyalı ötən ilin oktyabrında "Levante"yə baş məşqçi təyin olunmuşdu. Onun komandası 9 turdan sonra 6 xalla sonuncu pillədə qərar tutub.
Shares: