"Qəbələ"nin polşalı qapıçısı David Pietrzkeviçin futbolinfo.az saytına müsahibəsi:
– 2013-cü ildə “Qəbələ”yə gəlsən də, 2014-də klubdan ayrıldın. Roman Qriqorçukun baş məşqçi gəlməsindən sonra yenidən kluba döndün. Amma meydana çıxmaq üçün şans qazanmırsan. Bu səni yormur?
– Futbol həyatı belədir. Bəzən daim meydanda olursan, bəzən isə meydana çıxmaq üçün şans qazana bilmirsən. Bunu normal qarşılayıram. Amma öz şansımı gözləyirəm. Məşqlərdə çalışıram və düşünürəm ki, hər şey yaxşı olacaq. Klubda 3 qapıçı var və hər üçümüz “Qəbələ”nin uğurlarını düşünürük.

– Avropa Liqası oyunlarında meydana çıxmırsan və Dimitri Bezotosnı qapını qoruyur. Lakin çempionat oyunlarında da çərçivəni qorumaq üçün imkanın olmaması düşüncələrini dəyişmir?
– Ümid edirəm ki, bir gün şansım olacaq. Mütləq mənim də vaxtım gələcək və bu klubun qapısını qoruyacam. Hər gün bunun üçün səylə çalışıram. “Qəbələ” böyük klubdur və burada daim mübarizə var. Mübarizədən qorxmuram və yoluma davam edəcəm.

– Şans veriləcəyi günə qədər dözə biləcəksən?
– O günə qədər gözləyəcəm. Klub məni heyətdə saxladıqca, hər zaman şansımı gözləyəcəm.

– “Zirə” ilə matçda da meydana çıxmaq şansı qazanmadın…
– Bu baş məşqçinin qərarıdır. Hamımız hörmət etməliyik. Həmçinin də bu sualı Roman Qriqorçuka ünvalamısınız.

– Azərbaycan çempionatnını indiki səviyyəsini bura gəldiyin vaxtlardakı ilə müqayisə etsək, vəziyyət çox dəyişib…
– Sizinlə tamamilə razıyam. İlk bura gəldiyim vaxtlar hər şey fərqli idi. Çünki bir neçə komanda yüksək yerlər uğrunda mübarizə aparırdı. İndi isə yalnız 2 və ən yaxşı halda 3 komandanın adını çəkmək olar. Müxtəlif ölkələrdən səviyyəli legionelər gəlirdi və digər klublarda oynayırdı. İndi isə bir çox klubların kiçik problemi var. Onlar bunu həll etsələr, hər şey yaxşı olacaq.

– Bunu kiçik problem adlandırmaq düzgündür? Məsələn, “Simurq” dağıldı…
– Bu məni çox üzdü. “Simurq” yaxşı komanda idi. Onu çıxsaq, digər komandaların problemi elə də ciddi deyil.

– “Qəbələ”nin Avropa Liqasında keçirdiyi 3 oyunu necə dəyərləndirirsən?
– Güclü qrupda yer almışıq. “Borussiya”, “Krasnodar” və PAOK zəif komandalar deyil. Onlar Avropa təcrübəsi olan və güclü futbolçulara malik klublardır. Biz isə ilk dəfədir ki, bu turnirə qatılırıq. Amma heç də pis oynamamışıq. Keçirdiyimiz hər 3 oyunda rəqiblərə layiqli müqavimət göstərmişik. Düzdü, cəmi 1 xal qazanmışıq, amma daha çox qazana da bilərdik.

– Komandanın növbəti mərhələ şansları nə qədərdir?
– Hər bir komandanın şansı qalır. Hələ qarşıda 3 gərgin matç var. Düşünürəm ki, heç nə itirilməyib. Hər oyuna qələbə üçün çıxıb, sona qədər mübarizə aparmaq lazımdır. Ümid edirəm ki, yaxşı şeylər olacaq.

AĞA