Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində səfərdə “Qarabağ”ın qonağı olacaq “Rəvan” çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, bakılılar bu görüşə itkisiz hazırlaşır.
Ötən tur “İnter”lə qarşılaşmada başı yarılaraq, qarşılaşmanı yarımçıq tərk edəm Fərid Quliyevin zədəsi elə də ciddi deyil. O, Ağdam təmsilçisi ilə matçda komandasına kömək edəcək. Bundan başqa, 8-ci turda “Kəpəz”lə oyunda qırmızı vərəqə alan Kənan Manafov, Novruz Məmmədov və Orxan Lalayev cəzasını başa vuraraq, sıraya qayıdıb.
Qeyd edək ki, “Qarabağ”- “Rəvan” matçı ayın 28-i, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda (“Azərsun Arena”) keçiriləcək.