“Qəbələ” Avropa Liqasının qrup mərhələsi çərçivəsində Dortmund “Borussiya”sının qonağı olacaq. Futbolinfo.az xəbər verir ki, komanda Almaniyada dəstəksiz qalmayacaq. 
Belə ki, Bakıdan Almaniyaya azarkeş kimi təxminən 10-dan çox adam aparılacaq. Siyahıda azarkeş kimi göstərilənlərdən biri “Neftçi”nin seleksiyaçı məşqçisi Səmədağa Şıxlarovdu. O, “Gilan Turizim” şirkətinin xətii ilə adıçəkilən ölkəyə gedir. 
Bundan başqa, son turda “Zirə” ilə qarşılaşmanın fasiləsində "Forma al, qalib ol" kampaniyasının iştirakçıları arasında mərasim keçirilib. Mərasimdə 1-ci yer tutan Xalid Hüseyn adlı azarkeş sevimli komandasının oyununu Almaniyada izləmək şansına sahib olub. Onun bütün xərcləri “Qəbələ” tərəfindən ödəniləcək. Xatırladaq ki, həmin oyunun izləyiciləri qarşısında keçirilən mərasimdə 3 mükafatın sahibinə aydınlıq gəlib. İlk olaraq komandanın imzalı formasının sahibi dəqiqləşib. Azər Çələbiyev imzalı formaya sahib çıxıb. Ardınca isə ikinci mükafatçı müəyyənləşib. İmran Əhmədzadə "Sarar" kostyumuna yiyələnib. Son olaraq "Borussiya" – "Qəbələ" matçını canlı izləyəcək azarkeşimizin adına aydınlıq gəlib. Xalid Hüseyn oyunu Almaniyada izləmək şansı qazanıb.
Qeyd edək ki,  “Borussiya” – “Qəbələ” matçı noyabrın 5-i, saat 22:00-da start götürəcək.
Shares: