Topaz Premyer Liqasında IX tur başa çatar-çatmaz X turu düşünürük. Amma oktyabrın 28-də reallaşacaq X tura qədər olan qısa fasilədən istifadə edib IX turun buraxdığı izlərə işıq sala bilərik.
Əhmədov sabiq komandasına qalib gəldi
IX tur sensasiya ilə başladı. Əslində, “Neftçi”nin hazırda məğlub olmasında hər hansı bir ciddi sensasiya axtarmağa dəyməz. Amma 200, 300 manat alan AZAL futbolçularının 10 milyonluq “Neftçi”ni üstələməsi sensasiyadan daha artığıdır.

Həmin gün meydançada istəkli, döyüşkən, mübariz, pulu axırıncı plana atıb, oynamağı düşünən AZAL sönük, məqsədi bilinməyən, futbol oynayım ya oynamayım tərəddüdü arasında qalan “Neftçi”ni sözün hər bir mənasında üstələdi.
Xatırlayırsınızsa, VIII turda istefa verən Samir Əliyevin bu istəyi qəbul olunmamışdı. Əslində, düzgün addımdır. Sözübütöv, futbolda bəhanələr axtarmayan, güclü karyerası olan Samir Əliyev “Neftçi”dən getməli olan sonuncu adamdır. Ona qədər isə çox adamlar getməlidir ki, yenidən əvvəlki “Neftçi”ni görə bilək. Ən azından oyun mənasında…
Ağacanov döndü…
IX tur AZAL-ın qapıçısı Amil Ağacanovun dönüşü ilə də əlamətdar oldu. Ötən ilin sonlarında hakimi təhqir etdiyinə görə 9 oyunluq cəzalandırılan Amil cari çempionatın məhz IX turunda geri döndü. Stanislav Namaşkonun potensial əvəzləyicisi kimi oyunun protokolunda göstərilən təcrübəli qapıçı yəqin ki, bundan sonra əsas heyətdə oynamaq üçün can atacaq…

Bu dəfə Pro ilə uğursuz dönüş
IX tur Bəhmən Həsənovun Premyer Liqada növbəti başlanğıcı oldu. Xeyr, hər hansı bir başqa komandada yox, məhz “Rəvan”da! Artıq 5-ci dəfədir ki, “Rəvan”ın baş məşqçisi kimi işə başlayan Həsənovun budəfəki gəlişi uğursuz alındı. Adətən, Həsənov qayıdanda komanda nisbətən fəal oyun nümayiş etdirirdi. Karyerasında nəzəri cəhətdən müəyyən inkişafa nail olub, Pro lisenziyası alan məşqçi bu dəfə komandanı oyuna hazırlaya bilməmişdi. Məsələ burasındadır ki, Zaur Svanadzenin rəhbərlik etdiyi “İnter”ə qarşı matça “Rəvan”ın oyun stili tez bir zamanda yararsız oldu. Əlahiddə heç nə edə bilməyən “sarı-qırmızılar” növbəti məğlubiyyətini məhz “İnter”dən aldı.

Sarı vərəqəsiz oyun
Turun maraqlı görüşlərindən biri də Gəncədə baş tutdu. “Kəpəz” doğma meydançasında tarixinin ən acı günlərini yaşayan, protokolu tam doldurmaq üçün futbolçu tapa bilməyən “Xəzər Lənkəran”ın dizini yerə gətirdi.Cari mövsüm adından söz etdirən hücumçu Dario Federiko elə bir qol vurdu ki, “ağ-yaşıllar”ın ruhu da incimədi. 18 min azarkeşin izlədiyi oyunda 1 qol olsa da, baş hakim Ömər Paşayev bir dəfə də olsa əlini cibinə atmadı, sarı vərəqə göstərmədi. Bunu cari mövsümün ilki kimi qələmə verməliyik.

Sakit Diniyev coşdu
Oyundan daha çox müzakirə olunan məsələ isə “Kəpəz”in baş məşqçisi Şahin Diniyevin mətbuat konfransında səsləndirdiyi fikirlər idi. Cəsarətli çıxışı ilə klub rəhbərliyinə qarşı belə demək mümkünsə, üsyan edən 50 yaşlı mütəxəssisi bu addımı ilə kreslonu itirməkdən qorxmadığını göstərmiş oldu. Sonuncu dəfə belə bir tələblə, istəklə çıxış edən azərbaycanlı məşqçini xatırlamaq çox çətindir.

“Zirə” liderlərsiz xalla döndü
Turun bəlkə də ən sönük oyunu Qəbələdə reallaşdı. Hazırda iki cəbhədə, bir az sonra isə 3 cəbhədə mübarizə aparacaq olan “Qəbələ” zədədən mükün qədər qaçmağa çalışdı. “Zirə” isə elə oyunun ilk dəqiqələrindən öz istəyini ortaya qoydu. Əsas məqsəd qol buraxmamaq və evə xalla dönmək idi. “Zirə”nin bu qədər ehtiyatlı oynamasında sözsüz ki, liderləri – Rəşad Abdullayevlə Viktor İqbekoyinin kənarda olması da rol oynayırdı. Amma bütün bunlara baxmayaraq, “Zirə” səfərdə çempionluğa iddialı “Qəbələ”dən xal almağı bacardı.

“Sumqayıt” – “Qarabağ” oyununda ilklər
IX turun yekunu bir qədər gözlənilməz alındı. Sonuncu çempion və hazırda da çempionluğa ən iddialı komanda olan “Qarabağ”ın nəinki səfərdə, dünyanın hər yerində “Sumqayıt”a uduzması bir qəribəlikdir. “Sumqayıt”ın gücünü, oyununu, əziyyətini kiçiltmək kimi bir niyyətimiz yoxdur. Bu müqayisə kimisə kiçiltməkdən daha çox, reallıqdır, əslində. Amma istənilən halda “Sumqayıt” – “Qarabağ” oyunu tura damğasını vurdu.

1. “Sumqayıt” cari mövsümdə ilk qələbəsini qazandı.
2. Samir Abasov baş məşqçi kimi ilk qələbəsini qazandı.
3. Samir Abasov baş məşqçi kimi ilk qələbəsini sabiq klubuna qarşı oyunda qazandı.
4. “Qarabağ” cari mövsümdə ilk dəfə məğlub oldu.

TİMUÇİN