"Qarabağ"ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisinə çağırılıb. Futbolinfo.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.
Mənbədə bildirilir ki, 27 yaşlı qolkiper yığmasının AÇ-2016-nın pley-off mərhələsinin İrlandiya ilə qarşılaşmalarına dəvət alıb.
Balkan təmsilçisinin baş məşqçisi Mehmed Bajdareviç Şehiçi gələn ay keçiriləcək qarşılaşmalarda sərəncamında görmək istəyib. Bosniya və Herseqovina millisi noyabrın 13-də evdə, 3 gün sonra səfərdə mübarizə aparacaq.
Qeyd edək ki, Şehiç seçmə mərhələnin oyunlarına çağırılsa da, meydana çıxmayıb.