"Qarabağ"ın futbolçusu Vüqar Mustafayev "Rəvan"la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az saytı sizə həmin müsahibəni təqdim edir:
 
– Qələbə qazandığımıza görə şadam. Qolun kim tərəfindən vurulmasının önəmi yoxdu. "Sumqayıt"la ötən turda itirdiyimiz xalları bu tur bərpa etmək istəyirdik. Sevinirəm ki, bunu bacardıq. 
– Sanki bu gün komanda az sayda hücum etdi…
– Nəzərə almaq lazımdı ki, son vaxtlar sıx qrafika ilə oynayırıq.
– "Rəvan"dan bu cür mübarizə gözləyirdiniz? 
– Əlbəttə gözləyirdik çempionatda zəif komanda yoxdu.
– Növbəti oyununuz son turlarda uğurlu çıxış edən AZAL-dı. Bu oyun haqda fikirlərini bilmək maraqlı olardı…
– Rəqibin gücünə bələdik. Amma meydana 3 xal üçün çıxacağıq. 
 
– Son 2 turda "Qarabağ" sanki oyununu göstərə bilmir. Bunu sıx oyun qrafiki ilə əlaqələndirmək olarmı?
– Bəli, yorğunluqla əlaqələndirmək olar. 
– "Monako" ilə oyunu "Qarabağ"ın qrupdan çıxmaq üçün son şansı olduğunu düşünmək olarmı?
– Əlbəttə, belə hesab etmək olar. Qazanılacaq 3 xal bizim üçün 6 xala bərabərdi. 
– Səncə, bu oyunda "Qarabağ" necə oynamalıdı? 
– Ordakı oyundan da yaxşı çıxış etməliyik ki, qalib gələk.
 
Reynaldonun yoxluğu komandaya necə təsir edəcək?
– Bəli, onun yoxluğu bizim üçün böyük itkidi. Amma heyətdə Puppon və Armenteros kimi səviyyəli hücumçular var. İnanıram ki, özlərini göstərə biləcəklər. 
– Amma nəzərə almaq lazımdı ki, adıçəkilən oyunçular Reynaldonun yerini verə bilmir…
– Düzdü, Reynaldonun komandada yeri başqadı. Amma Bu futbolçular da komandaya uyğunlaşmaq üçün əllərindən gələni edirlər.
 
ELMAR ABDULLA-ZADƏ
Shares: