"Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Rəvan"la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az saytı sizi həmin müsahibə ilə tanış edir:
– Bu dəqiqə çempionatda asan komanda yoxdu. Ötən tur da gözlənilmədən məğlub olmuşduq. Hiss olunurki, çempionat bu il gərgin keçəcək.
– Bu gün əsas rəqibiniz "Qəbələ" xal itirdi. Bunu gözləyirdinmi?
– Avropa Liqası davam etdikcə hər iki komanda üçün çətin olacaq. Bu gün də gördünüz ki, komandamız üçün oyun necə çətin keçdi. Amma əsas odu ki, 3 xal qazana bildik. İndiki dövrdə qalib gəlmək çox çətindi, oyunlar sıx qrafiklə keçirilir. Bu da bizə çox təsir edir.

– "Sumqayıt"la oyundan fərqli baş məşqçi bu dəfə əsas heyətin çox futbolçusunu meydana buraxmışdı…
– Ümumiyyətlə, ötən il də avroliqa oyunlarından sonra əsas heyətin bir çox futbolçusuna istirahət verilir. Yorğunluğa, zədəlilərin çoxluğuna görə baş məşqçi risk etmir. Fikrimcə, bu gələcəkdə də belə olacaq. Həm də heyətimiz də çox genişdi. Hamıya da oynamaq üçün şans verilməlidi.

– Puppon gəldikdən sonra özünü göstərə bilmir. Sənə elə gəlmir ki, Reynaldonun yoxluğunda Armenterosun üzərinə çox iş düşəcək?
– Əslində qol imkanları da olur. Ötən tur da yaxşı oynadı. Düşürəm ki, 1-2 qol vursa, açlışacaq. Bu, hücumçu üçün çox vacibdi. Əgər hücumçu qol vura bilmirsə, stresə düşür. Fikirləşirəm ki, komandamıza xeyri dəyəcək.

– "Monako" ilə oyunöncəsi ab-hava necədi?
– Pis deyil. Hamı bizdən 3 xal gözləsə də, belə oyunlarda qalib gəlmək çətindi. Hesab 0:0 olanda ələ düşən imkanlardan istifadə edə bilmədik. Rəqib isə bir səhvimizdən yararlandı. Sona qədər mübarizə aparmağa çalışacağıq.

– Ötən mövsüm İtaliya "İnter"i ilə matçdan öncə komandaya psixoloji təsirin çox olduğunu bildirmişdin. "Monako" ilə qarşılaşmada da vəziyyət eynidi. Bu görüşü "Qarabağ" üçün son şans saymaq olarmı?
– Sona qədər mübarizə aparacağıq. Qrupdakı vəziyyəti biz də başa düşürük.

– Artıq bu komandaya qarşı 1 dəfə oynamısınız. "Monako" ilə matçda nəyəsə ümid etmək olarmı?
– Hər bir komanda ilə görüşdə ümid var. Sadəcə, son vaxtlar oyunlarımızda komanda stress altında çıxış edir. Bu da möhtəşəm azarkeş dəstəyimizdəndi. Bizi əla şəkildə ruhlandırırlar. Bu da əlavə məsuliyyətimizi artırır. Hamımız səbrli olmalıyıq. "Monako" elə komanda deyil ki, ilk dəqiqələrdən onları təzyiqdə saxlayaq.

– Fransa çempionatında rəqibin heyətində xüsusi seçilən hücumçunun olmadığı görünür. Sən təcrübəli müdafiəçi kimi rəqib komandanın hansı hücumçusunu fərqləndirirsən?
– Traorenin adını çəkərdim. Rusiya çempionatından onu xatırlayıram. O, müdafiəçilər üçün başağrısıdı.Ötən oyun da bir səhv buraxdıq. Belə hücumçulara qarşı oynamaq çox çətindi.

ELMAR ABDULLA-ZADƏ